Xəzər dənizində zəlzələ olub

Bu gün Xəzər dənizində maqnitudası 3.6 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:50-də qeydə alınıb.

Zəlzələnin ocağı 46 kilometr dərinlikdə yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...