DMX-yə 50-yə yaxın şəxs qulluğa qəbul edilib

Son altı ayda 50-yə yaxın şəxs Dövlət Miqrasiya Xidmətində qulluğa qəbul edilib. SİA xəbər verir ki, bunu iyulun 18-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu ilin altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

V.Hüseynov bildirib ki, bu il Dövlət Miqrasiya Xidmətinin dövlət qulluqçuları ilə komplektləşdirilməsi baxımından da dinamik bir dövr olub. Bu ili biz xidmət daxilində təlim-tədris ili elan etmişik. Bu yanaşmanın əsas məqsədi ondan ibarətdir ki, əməkdaşlarımızın bilik və bacarıqlarının artırılması üçün mümkün qədər səy göstərək. Bunun üçün həm əməkdaşlar, həm də kənardan cəlb edilən mütəxəssislər tərəfindən yüzlərlə təlim keçiririk. Bizim 2018-ci ildə elan etdiyimiz müsabiqənin nəticələri bu ilin birinci yarısında yekunlaşıb və nəticədə 50-yə yaxın şəxs Dövlət Miqrasiya Xidmətində qulluğa qəbul edilib. Hazırda kiçik rütbə üçün nəzərdə tutulan vəzifələrə müsahibə elan etmişik və bu prosesdə iştirak üçün 200-dən artıq şəxs Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda bu şəxslərin seçilməsi və müvafiq tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə