Əlişkanın əlisayağı qohumları...

Və ya satqın və mənəviyyatsız Əli Kərimlinin "fədakar" qohumları da cəzalarını çəkəcək

AXCP sədri Əli Kərimlinin sərgüzəştləri bitib-tükənmir. İndi də satqınçıların "sülaləsi" olan Ə.Kərimlinin qohumlarının kef məclisində "nə qədər ki, Əlişka dayının satqınçılıq siyasəti var, pul da var" deyib satqınçılıqla əldə etdikləri pulları kef məclisində sağa-sola səpələməklə, "fəxr" edirlər. Ə.Kərimli də "Məshul" stadionunda Azərbaycan gənclərini "mübarizəyə", "vətənpərvərliyə" və "təmiz", "qürurlu" olmağa səsləyirdi: "Ey gənclər, azadlıq uğurunda mübarizədə fədakar olun!" deyən Ə.Kərimli gəncləri təxribata səsləyir. Hansı üzlə? Ə.Kərimli üçün bir sifət yoxdur. Vətən və xalq təəssübündən məhrum olan Ə.Kərimlinin məqsədi Avropanın müxtəlif ölkələrində məskunlaşan "mühacirlər"in sosial şəbəkələrdə dövlətə və xalqa qarşı əxlaqsızcasına "qara piar" kampaniyası aparmaqdır.

Vətən və xalq təəssübündən məhrum olan və Avropanın müxtəlif ölkələrində məskunlaşan "mühacirlər"in sosial şəbəkələrdə dövlətə və xalqa qarşı əxlaqsızcasına "qara piar" kampaniyasını davam etdirən Ə.Kərimlinin məqsədi bəllidir. Və elə bu məqsədlə ölkəsinə, millətinə, şər-böhtan, təhqir yağdıran Ə.Kərimlinin qohumları da milli kimliklərini unutmuş əxlaqsızlardır.

Ağası gülüm olanın, başına külüm olar...

Pul müqabilində Vətəninə, xalqına, dövlətinə və millətinə qarşı çıxan Əlişkanın qohumları da öz hərəkətləri ilə bir daha əqidələrinin, mənəviyyatlarının yalnız pul olduğunu sübut ediblər. Başqa bir şey də gözləmək olmaz. Çünki "ağası gülüm olanın, başına külüm olar" aforizminin də indi əcəb yeri var.

Erməni dəyirmanına su tökən Vətən, millət dönüklərinin mənəviyyatsız, ölkəsinə, millətinə, şər-böhtan və təhqir yağdıran bu satqın əxlaqsızlar, onu da bilməlidirlər ki, o qəpik-quruşdan da məhrum olacaq, Avropada küçə süpürməklə zibilxanada eşələnəcəklər. O zaman küçə itləri kimi, küçələrdə qalacaqlar. Ancaq qanun qarşısında etdiyiniz cinayətlərin cəzalarını alacaqsınız.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...