Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri cənab Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaienin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. SİA-ya Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə