Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul edib FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov İmişlidə vətəndaşlarla görüşüb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, qəbulda İmişli rayonu ilə yanaşı Beyləqan, Füzuli rayonlarından olan sakinlər də iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbələrində işə və ya həqiqi hərbi xidmətə qəbul ilə bağlı olub. Müraciətlər daha çox veteran adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq həqiqi hərbi xidmətə göndərilməsinə dair olub. Görüş iştirakçıları Xidmətin bölgələrdə şöbələrinin fəaliyyətindən razılıqlarını bildiriblər.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Məlumat üçün bildirək ki, bu gün həmçinin xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Ağdamda sakinlərlə görüşüb. Görüşdə Ağcəbədi rayon sakinləri də iştirak edib. Eyni qayda olaraq sakinlərin müraciət və təklifləri dinlənilib, qaldırılan məsəslələrin həlli istiqamətində lazımı tapşrıqılar verilib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə