Gömrük nəzarətinə bəyan edilməyən mobil telefon və elektronika malları aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif malların ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

SİA Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən bildirir ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 noutbuk, 1 mobil telefon gətirdiyini bəyan edib. Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajda bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 40 mobil telefon ekranı, 2 ədəd yaddaş kartı, 8 ədəd elektron qidalandırıcı, 4 ədəd plata və əynindəki gödəkcənin sağ və sol yan ciblərindən isə 4 “Iphone” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə