“AMEA-nın professoru” adına seçki keçirilib

On üç nəfər Azərbaycan Milli Elmlər Akademiyasının professoru seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iyulun 17-də keçirilən iclasında “AMEA-nın professoru” adı üzrə namizəd seçilmiş şəxslərlə bağlı AMEA-nın müvafiq elmi bölmələrinin vəsatətinə əsasən gizli səsvermə keçirilib. SİA xəbər verir ki, seçkidə Rəyasət Heyətinin üzvləri iştirak ediblər və nəticələrə əsasən 13 nəfər AMEA-nın professoru seçilib.

Qeyd edək ki, “AMEA-nın professoru” adını almaq üçün elan olunan müsabiqədə iştirak üçün respublikanın elmi və ali təhsil müəssisələri tərəfindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb. Namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib və gizli səsvermə yolu ilə seçilmiş namizədlər AMEA-nın Rəyasət Heyətinə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə