"WhatsApp", "Instagram" və "Facebook" yenə çökdü

"Instagram" və "Facebook" sosial şəbəkəsinin işində problem müşahidə olunur.

SİA-nın məlumatına görə, problem bir sıra Avropa ölkələrində, eləcə də Rusiyada müşahidə olunur. Qeyd edilir ki, istifadəçilər şəbəkələrə daxil ola bilmirlər.

Bundan başqa, "WhatsApp" proqramında səs faylları və fotoşəkillərin göndərilməsi zamanı qüsurlar da qeydə alınır.

Eyni problem hazırda Azərbaycanda da müşahidə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə