13 alim AMEA-nın professoru seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında “AMEA-nın professoru” adı üzrə namizəd seçilmiş şəxslərlə bağlı müvafiq elmi bölmələrin vəsatətinə əsasən gizli səsvermə keçirilib.

SİA-nın məlumatına görə, seçkidə Rəyasət Heyətinin üzvləri iştirak ediblər və nəticələrə əsasən 13 nəfər AMEA-nın professoru seçilib.

“AMEA-nın professoru” adını almaq üçün elan olunan müsabiqədə iştirak üçün respublikanın elmi və ali təhsil müəssisələri tərəfindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb.

Namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib və gizli səsvermə yolu ilə seçilmiş namizədlər AMEA Rəyasət Heyətinə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...