Lerikdə “Sosial şəbəkələr: təhlükəsizlik qaydaları” adlı təlim keçirilib

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu çərçivəsində təlim və tədbirlər iyulun 16-da da davam etdirilib. SİA-nın verdiyi məlumata görə, günü birinci yarısında icebreaker təşkil olunub.

Sonra “Sosial şəbəkələr: təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib.

Çıxış edən YAP Gənclər Birliyi Ofisinin koordinatoru Elmar Məmmədov təlimin mövzusu və faydaları barədə məlumat verib.

Sonra təlimin moderatoru YAP Nərimanov rayon təşkilatının fəalı Fuad Babayev sosial şəbəkələrdən istifadə qaydaları və təhlükəsizlik məsələləri barədə ətraflı məlumat verib.

Sonda gənclərin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...