Gültəkin Hacıbəyli yenə "ortalıqda"

Hər kəs kimliyindən asılı olmayaraq, 180 dərəcə dəyişirsə, bunun bir adı var: NANKORLUQ! Bu "Milli Şura"nın "primadonnası", sabiq deputat, ikiüzlülüyün, riyakarlığın rəmzi olan, vaxtı ilə sinəsində Azərbaycan bayraqlı deputat nişanı, cibində mandat daşıyanda, müəyyən səlahiyyət sahibi olanda, lüks avtomobillərdə gəzərək, şəhərin mərkəzindəki bahalı evlərdə yaşayanda, müxalifətçi olmaq heç ağlının ucundan da keçməyən G.Hacıbəylidir. Onun üçün Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy amalı, bu gün yanlarına sığındığı Ə.Kərimli, C.Həsənli adları yad idi. Elə ki, deputat mandatı əlindən çıxdı, çönüb oldu müxalifətçi, dünənə kimi tərifini göylərə qaldırdığı hakimiyyətin ən sərt tənqidçisi, daha doğrusu, qərəzli düşməni oldu.

Buna qədər isə, o, bir qədər əvvəl xatırlatdığımız kimi, dövlətin imtiyazından, deputat kimi ona yaradılan imkanlardan gen-bol istifadə edir, "mən salim olum, cümlə cahan batsa da batsın" prinsipi ilə həyatını yaşayırdı. Amma sadəcə, öz həyatını yaşasaydı, vəssalam. Bu, o G.Hacıbəyli idi ki, imkanlardan istifadə edib başqalarının, ən doğma insanlarının, o cümlədən, öz ailə üzvlərinin həyatını qaraltmaqla da məşğul idi. Yəni "burada mənəm, Bağdadda kor xəlifə" deyib uşağının atasının, ağbirçək qayınanasının başına olmazın oyun açırdı. Sabiq deputatın sabiq həyat yoldaşı Mahmud Mehdiyevin mediaya açıqladığı məlumatı xatırlatmaq istərdim: "G.Hacıbəyli millət vəkili olduğu müddətdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ona və ailə üzvlərinə qarşı böyük haqsızlıqlar edib. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəsini 180 dərəcə dəyişən, vətəninə, dövlətinə üz çevirən şəxsin hərəkətlərinin bir adı var - NANKORLUQ!"

"Mələk maskalı" G.Hacıbəylinin qanunsuz sərvətləri...

Mələk maskası geymiş G.Hacıbəyli deputat olarkən qanunsuz hərəkətlərlə məşğul olub, qanunsuz sərvətlər toplayıb, onun kimi yüzlərlə vətəndaşın hüquqlarını ən müxtəlif vasitələrlə pozub. Bu faktları dönə-dönə yazmışıq, xatırlatmışıq. Ancaq bu gün bu qanunsuz sərvətlərə nail olan bu cinayətkarın dövlətin ünvanına böhtanlar yağdırması, yalanlar deməsi dönə-dönə cavablandırılıb və cavablandırılmalıdır. Şəxsi həyatını gündəmə gətirərək, siyasi şouya çevirən G.Hacıbəyli indi özünü mələk gözündə görür. Elə bilir ki, yağış yağıb, keçmişi yuyub aparıb. Amma "haqq nazilər, üzülməz" deyib atalar.

Hətta hikkəli və həddindən artıq çox əsəbi olan G.Hacıbəyli dəyəri milyonlarla ölçülən mülklərini ona xatırladanları lənətləyir, söyür və hətta təhdid edir. Görünür, Hacıbəyli xromosomun daxili hissələrindən birinin 180 dərəcə dönməsi nəticəsində, quruluşunun dəyişməsi prosesini yaşayır. Bu, onun ağılına da təsirsiz ötüşmür. Bunun nəticəsində də, deputatlıq dövründə hər addımda təhqir etdiyi, marginal qrupa çevrilmiş müxalifətçilərlə yan-yana dayanıb. Görünür, qanunsuz əldə etdiy torpaqlarının nə qədər olduğunu da unudub. İndi sadalayacağımız mülklərin siyahısını görən oxucu G.Hacıbəylinin məşhur bir iş adamı olduğunu düşünməsin. G.Hacıbəyli deputat olduğu dövrdə Mehdiabad qəsəbəsindəki "Əlillər massivi"ndən qanunsuz olaraq, 12 sot torpaq sahəsini mənimsədiyini, 1-ci qrup əlil Vüqar Süleymanovun da ərazisinin bir hissəsini ələ keçirməsini, Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa, Abşeron rayonu, Xırdalan şəhərində 60 sot torpaq sahəsi, Goradil kəndində 30 sot torpaq sahəsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, hər biri 4 sot olmaqla, 3 yerdə topaq sahəsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi, Şamaxı rayonu, Qalebuğurd kəndində 12 sot torpaq sahəsi, Səbail rayonu, Şeyx Şamil küçəsində ofis, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv. metr sahəsi olan digər mənzil, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv. metr sahəsi olan mənzil, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil, Goranboy rayonu, Nadirkənd kəndində 5 hektar, Goranboy rayonu, Borsunlu kəndində 6,25 hektar, Goranboy rayonu, Aşağı Ağcakənd kəndində 1,76 hektar, Goranboy şəhəri 58-ci məhəllədə hər biri 8 sot olmaqla, 2 torpaq sahəsi ...

Naturasında xəyanət olan, uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəsini 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz çevirənlər xalqın dəstəyini yox, nifrətini qazanan G.Hacıbəyli alınıb-satılmağı gözəl bilən adamdır. Ona görə də, G.Hacıbəyli alqı-satqı məsələləri üzrə mütəxəssis olduğu üçün həmişə "ortalıqda"dır.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə