"Yanardağ" Müalicəvi Sanatoriyasının möcüzələri

Masallı rayonunun Yardımlıya gedən yolunun 17-ci kilometrliyində, Talış dağlarının qoynunda, çox gözəl mənzərəli, təmiz havası, soyuq bulaq suyu olan cənnət məkanda, Viləş çayının sahilində Mir Kazım Aslanlı-Sarəng adına “Yanardağ” Müalicəvi Sanatoriyası yerləşir.

Analoqu olmayan bu məhlulun tərkibində hidrogen sulfit, kalsium, natrium, xlor, xlor birləşmələri, yod, maqnezium, metan və hətta tibb aləminə hələ də məlum olmayan, amma insan orqanizminə yaxşı təsir göstərən, onun sağalmasına köməklik edən bir sıra elementlər var. Bu məhlulun yüksək temperatur tərkibinin yuxarıda dediyimiz elementlərlə zəngin olması bizə əsas verir deyək ki, burada bir sıra xəstəlikləri dərmansız, iynəsiz müalicə etmək olar. Bu xəstəliklər də 5 qrupa bölünür. Aşağıda adlarını yazdığımız beş qrup xəstələrin də müalicəsinə çox köməklik edir.

Birinci qrup - dayaq-hərəkət sistemi olan xəstəliklərdir. Bunlar- revmatizm, revmatit, revmatik poliartrozlar, artirozlar, osteoxandrozlar, Bexterev xəstəlikləri və spandiliozlardır.

İkinci qrup - pereferik sinir sistemlərinin sinir əzələlər sistemi xəstəlikləridir. Bunlara nevritlər, polinevritlər, nevralgiyalar, miozitlər və polimiozitlər daxildir.

Üçüncü qrup - dəri xəstəliklərinin müalicəsidir. Belə ki, bu məhlulun tərkibində olan kükürdün, natriumun, yodun və digər mineralların, bioloji aktiv maddələrin olması, dəridə olan allergik xəstəliklərin sağalmasına tam köməklik edir. Vaxtı ilə bu məhlula ulu babalarımız, “Qoturu təmizləyən su”, “Min bir dərdin dərmanı olan möcüzəli məhlul” da deyirdilər.

Dördüncü qrup - qadınlarda və kişilərdə cinsiyyət sisteminin qeyri - spesifik iltihabı, prostatitlər, qadınlarda, kişilərdə sonsuzluq, qadın cinsiyyət orqanlarının qeyri-spesifik xəstəliklərinin müalicəsidir. Bu iltihabı xəstəliklər də aktiv fazada yox, remisiya dövründə olanda müalicəsi daha yaxşı olur. Bu üsulla sağalan xəstələr, xroniki pialo nefritləri, fizziklər, kişiləri ən çox narahat edən prostatitlər, qadınlarda və kişilərdə qeyri-spesifik iltihablı səbəbli sonsuzluqlardır. Qadınlarda qadın cinsiyyət orqanının qeyri-spesifik iltihabı xəstəliklərini də bu məhlulla tam sağaltmaq olar.

Beşinci qrup - beyin insultu, ürək infarktı keçirmiş və travma almış, sümük sınıqları olan xəstələrin müalicəsidir. Bu xəstəliklərdən – beyin katastrofunda, beyin insultundan ən azı bir il və infaktdan ən azı 6 ay sonra məhlul doldurulmuş 10-12 vanna qəbul edib massaj, fizeoterapiyalar almaq yolu ilə dərmansız, inyəsiz tam sağalmaq olur.

İnsan orqanizminə iynəsiz, dərmansız çox böyük müalicəvi təsiri olan, yuxarıda yazılanların şahidi olmaq, bu xəstəliklərdən tam sağalmaq istəyirsinizsə, Masallı rayonundakı Talış dağlarının füsunkar qoynunda, Viləş çayının sahilində yerləşən, təmiz havası, yüksək komfortlu katejləri olan və məşhur sahibkar, iş adamı Allahqulu Zeynalovun ideyası, böyük zəhməti ilə ərsəyə gələn Mir Kazım Aslanlı-Sarəng adına “Yanar dağ” Yeni İsti Su Müalicəvi Sanatoriyasına gəlin. İnanırıq ki, hər cür şəraiti olan, çox ucuz, sərfəli qiymətlərlə burada müalicə olunmağınız və istirahət etməyiniz tam ürəyinizcə olacaq. Artıq 10 ildir ki, dünyanın ayrı- ayrı yerlərindən bura çoxlu insanlar gəlir, müalicə olunur, tam şəfa tapırlar və bu sanatoriyadan çox razı gedirlər. Öz ölkələrində bu analoqu olmayan müalicəvi sanatoriyanı təbliğ edirlər.

Atalar da deyib ki, “insanın ən böyük sərvəti, onun sağlamlığıdır”. Sağlamlığının qayğısına qalmaq isə hər bir insanın ömrünü uzadır. Canını sağlam və həyatıı şən edir.

Əgər siz bu sanatoriyaya gedib müalicə almaq istəyirsinizsə və sizi maraqlandıran suallar varsa bu telefon nömrələrinə zəng vurub, istədiyiniz müsbət cavabları ala bilərsiniz.

Əlaqə telefonları: 050 355 91 92, 070 355 22 22, 050 610 86 21, 055 290 02 67, 070 290 02 67

Ağalar İDRİSOĞLU

agalar-idrisoglu@ mail.ru

Bütün xəbərlər Facebook səhifəmizdə