Madrid yaxınlığında yaşayan, 1960-cı ildə anadan olmuş Carmen Jimenez sosial ola bilmədiyindən həyatı boyu bəzi çətinliklərlə qarşılaşmış və insanlardan uzaq olmaq üçün onların dediklərini eşitməməyə çalışmışdır. İlk təcrübəsini 13 yaşında həyata keçirən Carmen Jimenez müsahibəsində illər keçdikcə insanlara salam vermək belə istəmədiyini dilə gətirmişdir. Nəhayət kor kimi davranmaq qərarına gələn Carmen həyat yoldaşı və ailəsini 28 il aldatmağı bacarmışdır.

28 il kor kimi davranaraq özünü insanlardan uzaq tutan bu qadın eyni zamanda Avstraliya İnsan Haqları Qurumundan 20 il müddətində 209.000 ABŞ dolları yardım almışdır. Carmen Jimenezin özünə haqq qazandırdığı cümlələr isə bu şəkildədir. "Mən hər gün insanları görməkdən və onlara salam verməkdən bezmişdim. Mən heç vaxt sosial olmamışam və kor rolu oynamaq qərarına bundan dolayı gəlmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə