Oğuzda yay məktəbinin ikinci turu başlayıb

Bu gün Oğuz rayonunda Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb. SİA-nın verdiyi məlumata görə ikinci turda da layihə çərçivəsində müxtəlif seminarlar, təlimlər, diskussiyalar, interaktiv, intellektual və əyləncəli oyunlar təşkil ediləcək.

Yay məktəbində gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.

Nəzərdə tutulmuş proqrama uyğun olaraq layihə çərçivəsində partiyanın fəaliyyəti, gördüyü işlər barədə geniş məlumatlar veriləcək, eləcə də gəncləri maraqlandıran müxtəlif tədbirlər təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...