Bakı metrosunda qatarda problem yaranıb

Bakı metrosunda qatarda problem yaranıb.

Bu barədə SİA-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hadisə bu gün səhər saat 07:59-da "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkətdə olan qatarda baş verib: "İnşaatçılar" stansiyasında dayanan qatarın qapılarından birində problem yaranıb. Problem aradan qaldırılıb və qatar xətt üzrə hərəkətini davam etdirib. Yaranmış texniki nasazlıq səbəbindən qatarların intervalında 5 dəqiqə gecikmə yaranıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...