MTT Baş İdarəsində cari ilin ikinci rübünün yekunlarına dair toplantı keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində 2019-cu ilin ikinci rübünün yekunlarına dair toplantı keçirilib. SİA-nın verdiyi məlumata görə, toplantıda MTT Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb. Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər.

Yekunda Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov çıxış edərək cari ilin növbəti rübündə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...