Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Fransa Sahibkarlar Təşkilatına (MEDEF) üzv olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüş zamanı Azərbaycan və Fransa arasında ətraf mühitin, su resurslarının mühafizəsi, tullantıların təkrar emalı, torpaq və göllərin tullantılardan təmizlənməsi, alternativ su ehtiyatlarının yaradılması, termal suların istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb, mövcud əlaqələr və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...