II Beynəlxalq Simpozium panellərlə davam etdirilir FOTOLAR

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsində panellər təşkil edilib. SİA-nın verdiyi məlumata görə, “İslam mədəniyyətinin Qafqazda dini və ictimai həyata təsiri” mövzusunda təşkil edilən panel Türkiyənin “İzmir Katib Çelebi” Universitetinin rektoru Saffet Köse və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa Tədqiqat Mərkəzinin elmi işçisi Şamil Kaşafın moderatorluğu ilə keçirilib.

Paneldə “Azərbaycanda İslam mədəniyyətinin təkamül yönləri”; “Cənubi Qafqazda İslam mədəniyyətinin öyrənilməsində arxeoloji tədqiqatların rolu və əhəmiyyəti; “Xilafət dövründə Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi”; “İslam dininin Azərbaycan şifahi xalq dastanlarının təşəkkülündə rolu”; “Qədim orucluq ayini və siriu-şira kultu”; “Azərbaycanda tolerantlıq, dini və etnik rəngarənglik keçmişdən bu günə (Şirvanşahlar Dövlətinin nümunəsində)”; “Batum Müslümanları (1918-1921)”; “Azərbaycanın XVIII – XX əsrin əvvəllərinə aid maddi-mədəni irsində inanc sistemi (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)”; “İslam numizmatikasının inciləri – Sacilər dövrünə aid Azərbaycan sikkələri”; “Cənubi Azərbaycanın Xalxal bölgəsinin sosial-mədəni inkişafında dini müəssisələrin-zaviyələrin rolu (XVIII əsrin əvvəlləri)”; “Müasir Azərbaycan ailə institutunun qorunmasında İslam dəyərlərinin rolu”; “Azərbaycanın Sumqayıt şəhərində müasir dini durum” mövzularında məruzələr dinlənilib.

“Qafqazda İslam elmlərinin inkişafı” mövzusunda baş tutan ikinci paneldə moderatorluğu Bilecik Universitetinin qurucu rektoru, professor Azmi Özcan və İstanbul Universiteti İlahiyyat fakültəsinin dekanı, professor Murteza Bedir edib.

Məruzəçilər “Cessas ve Erdebili’nin Tefsirleri Işığında Ahkam Ayetlerine Bakışta Şii ve Sünni Yaklaşımlar Üzerine”; “Axund Mir Məhəmməd Kərim Bakuvinin dini vəhdət anlayışı və təmsil etmə təcrübəsi”; “Naxçıvanın görkəmli İslam alimləri”; “Kafkasya'da dini düşüncede yenilenme anlayışının temel fikirleri ve Hüseyinzade Ali”; “Qurani-Kərim”in qiraət tarixi (Həzrət Peyğəmbər (s) və Raşidi xəlifələr (r.a.) dövrü)”; “Mədəni maarifçi Qafqaz şeyxi Şeyxülislam Axund Məhəmmədəli Fərəculla Pişnamazzadənin yenilik uğrunda mübarizəsi”; “Qurani-Kərim”in Azərbaycan dilinə tərcümə edilməsində H.Z.Tağıyevin rolu”; “Ərəb dilçiliyinin formalaşması və inkişafına İslamın təsiri”; “Son dönəm Qafqaz alimlərindən Müslüm əl-Uradi”; “Molla Sədra düşüncəsində fəlsəfə-din münasibəti”; “VIII-XIX əsrlərdə yaşamış azərbaycanlı fəqihlər” mövzularında çıxışlar ediblər.

Günün birinci hissəsində “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı” mövzusunda təşkil olunan sonuncu paneldə Moldova Elmlər Akademiyası Tarix, Dövlət və Hüquq İnstitutunun elmi işçisi, dosent Olqa Radova, Corciya Universiteti Din kafedrasının müəllimi, dosent Alan Godlas moderatorluq ediblər.

Paneldə “Azərbaycanda İslam dövrü keramikası”; “Yazılış amacı açısından türkdilli Makteller (XIV – XIX yüzyıllar)”; “Şirvani məktəbinə xas yazı mədəniyyəti”; “Türkdilli Qafqaz xalqlarının incəsənəti və İslam sivilizasiyası”; “İslami naxışlara elmi-məntiqi yanaşmada fəza təfəkkürünün rolu”; “Nizami, Nəsimi, Füzuli və Mirzə Əbülxaliq Yusifin poetik obrazlarında emosional zəka”; “Osmanlı Sarayı Ehl-i Hiref Maaş Defterlerinde Kayıtlı Tebrizli Sanatkârlar”; “Gagauz – Gökoğuz Türkleri ile Kafkas Türkleri arasında, tarihten bugüne folklorik ilişkiler”; “Azərbaycanin işğal olunmuş ərazilərində erməni vandalizminə məruz qalmiş ilk Orta əsr maddi mədəniyyət abidələri”; “Gəncədə multikulturalizm ənənələrinin tədqiqində İslam dövrü tarixi-memarlıq abidələrinin əhəmiyyəti”; “Dağıstan ərəb əlyazmalarının rəqəmsal arxivi: tədqiqat, təsvir və verilənlər bazası”; “İslamaqədərki inancların Təpəbaşı abidəsində əksinə dair”; “İslamın unikal memarlıq abidələri təkyələr və xanəgahlar: zəmanələrinin sosial təsisatları kimi” mövzularında məruzələr dinlənilib.

Qeyd edək ki, Simpoziumda 100-dən çox məruzəçinin məruzələri 11 paneldə – “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”; “Qafqazda İslam elmlərinin inkişafı”; “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”; “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”; “Qafqazda İslamın yayılması”; “Qafqazda multikulturalizm”; “İslam Sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər; tarixi mənbələr; sənədlər və artefaktlar; mövzu üzrə akademik əməkdaşlıq”; “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”; “Çar Rusiyasının Qafqazda İslam siyasəti”; “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” mövzularında dinləniləcək.

Konfransın materialları kitab şəklində çap olunacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...