Bakıda köşklər və iaşə obyektləri dezinfeksiya olunur FOTO

Bakı şəhərinin parklar, bağlar, istirahət yerlərində sakinlər və qonaqlar üçün lazımi şəraitin yaradılması, ərazidə sanitar-gigiyenik normalara riayət olunması üçün müvafiq işlər həyata keçirilir.

Qurumun Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov SİA-ya bildirib ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən rayonların ərazilərində yerləşən köşklər, ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılıb, obyektlərin ətrafı dezinfeksiya olunub. Obyektlərin estetik cəhətdən yenilənməsi, müasirləşdirilməsi, sakinlərin zövqünü oxşaması üçün tədbirlər görülür.

Eyni zamanda, paytaxtdakı yaşıllıqların qorunması, onlara xidmət göstərilməsi məqsədi ilə Bakı şəhərinin rayonlarında mütəmadi olaraq iməciliklər keçirilir, əkilən ağac, kol və güllərə qulluq göstərilir, yol kənarları quru otlardan təmizlənir, yeni-yeni yaşıllıq zonaları yaradılır.

Bu istiqamətdə aparılan işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə