“Azərenerji” əhaliyə xəbərdarlıq edib VİDEO

“Azərenerji” ASC elektrik xətlərinin mühafizə zonası ilə bağlı əhaliyə xəbərdarlıq edib. ASC-dən SİA-ya bildirilib ki, yüksəkgərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə məftillərdən hər iki tərəfə 110 kilovoltluq xətlərdə 20 metr, 220 kilovoltluq xətlərdə 25 metr, 330 kilovolt və 500 kilovolt xətlərdə 30 metr məsafədə tikinti aparmaq, əraziləri çəpərləyib hərəkəti məhdudlaşdırmaq, xətlərin altında yem, saman, odun yığmaq, ocaq və ya tonqal qalamaq, tarla və zəmiləri, o cümlədən taxıl sahələrini biçindən sonra yandırmaq qanunla qadağandır.

Bütün xəbərlər Facebook səhifəmizdə