Türkiyə və Azərbaycan arasında əməkdaşlıq sazişi qüvvəyə minib

Türkiyə ilə Azərbaycan arasında hərbi tibb sahəsində əməkdaşlıq və təhsil sahəsinin inkişafı üzrə sazişlər qüvvəyə minib. SİA-nın məlumatına görə, bu barədə "Resmi gazete" nəşrində dərc olunan materialda deyilir. Qeyd olunur ki, iki ölkə arasında hərbi tibb sahəsində əməkdaşlıq üzrə saziş 2018-ci il dekabrın 19-da imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə