“Azərbaycan ordu quruculuğunun şanlı tarixi və bu günü”

Müstəqil dövlətlərin təcrübəsindən və tarixindən məlumdur ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq, dövlət quruculuğunun tərkib hissələrindən biridir.

Tarixə nəzər salsaq görərir ki, Azərbaycan xalqının ilk müstəqil dövlət səviyyəsində ordusunun yaranması XX əsrin əvvələrindən başlanmışdır. 1918-ci ildə şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhüriyyətinin milli şurası, iyunun 26-da ordumuzun yaradılması haqqında qərar verdi. Həmən ildə ilk hərbi hissə - əlahiddə azərbaycan korpusu yaradıldı. Ardınca orduya cağırış fərmanı verildi. Bu helə bir vaxtda tesedüf edirdi ki, Bakı şəhəri də daxil olmaqla azerbaycanın əksər əraziləri bolşevik-daşnaq qüvvələrinin əsarətində idi. Azərbaycanlıların kütləvi şəkildə qırğınlarına-soyqırımlarına başlanılmışdır. Lakin bütün bu cətinliklərə baxmayaraq, az bir vaxt ərzində ölkəmizdə milli ordu quruculuğu istiqamətində, əsasli nəticələr əldə olundu. Qısa bir müddətdə 30 minlik ordu yaradıldı. Azərbaycanda baş verən üsyanların qarşısı alınaraq ərazi bütövlüyü bərpa edildi.

1920-ci ilin aprel ayının 20-də Azərbaycan Xalq Cümhüriyyəti sovet bolşevikləri tərəfindən devrilir və 70 il ərzində sovetler birli tərkibində qalır. Buna baxmayaraq xalqımız müstəqillik arzusu kimi, milli hərb sənətinə bağlılığını da qoruyub yaşatmağı bacardı. Bu sahədəki, qoyulan qadağalara və məhdudiyyətlərə baxmayaraq azərbaycan bir çox uğurlara imza atdı. 1941-1945-ci illərdə faşizim üzərində ki, qazanılan qələbədə azərbaycan hərbiçiləri xüsusi qəhrəmanlıq və şücaət göstərərək böyük uğurlar qazandılar. İkinci Dünya müharibəsindən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına Sovet İttifaq rəhbərliyi yenə də qısqanc münasibət bəsləyirdi. Yalniz, Azərbaycanın böyük, vətənpərvər oğlu Heydər Əliyevin, 1969-cu ildən Sovet Azərbaycan hakimiyyətinə rəhbər kimi qəlişindən sonra, bütün ölkə ərazisində sürətli inkişaf dinamikası artmağa başladı. Vətənimizin bugünkü rifahının təməlləri qoyulmuş oldu. Bütün sahələrdə olduğu kimi, milli ideologiya sürətlə güclənməyə başladı. Milli ideologiyanın gücləndirilməsində növbəti mərhələ, ümummiyyətlə milli məmurların və xüsusiylə zabitlərin yetişdirilməsindən ibarət idi.

1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bu hərbi məktəbdə dərin siyasi-hərbi və texniki biliyə, yüksək mədəniyyətə malik zabit kadrlarının hazırlanmasına başlandı.

Sonralar, öz çıxışlarının birində Heydər Əliyev qeyd etmişdir ki; “Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxt milli ordusu mümkün deyildisə, sovetler ittifaqının ordusu tərkibində, Azərbaycanın güclü zabit korpusu olsun, zabitləri olsun”.

Azərbaycan ordusuna böyük diqqət ayırarkən, Heydər Əliyev, azərbaycanlı gənclərin Bakının ali hərbi məktəbləri ilə yanaşı, Sovet İttifaqının digər hərbi məktəblərinə də güzəştli şərtlərlə qəbul olunmasına nail ola bilmişdi, hansılar ki, qələcərdə, Müasir Azərbaycanın müstəqilliyinin bərpasından sonra, ordunun formalaşmasında böyük rol oynadılar.

90-cı illərin əvvəllərində, Sovetler birliyinin dağılması və azərbaycanın yenidən müstəqilliyinin qazanılması və ən əsası Heydər Əliyevin xalqın təkidi ilə bir daha Azərbaycan hakimiyyətinə rəhbər kimi qəlişindən sonra, müasir Azərbaycan ordu quruculuğunda, şəxsi heyətin döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılması, mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələr və ümummiyətlə bu kimi istiqamətlərdə həmin peşakar hərbi kadrların bilik və bacarıqları səfərbər edildi və bütün vacib tədbirlər həyata keçirilməyə başlandı.

Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilməyə başlandı.

2013-cü ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən əsaslı islahatlar uğurla davam etdirilir.

Günü-gündən böyük uğurlara imza atan və büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan ordusu, yeni müasir silah, texnika və ümummiyətlə bütün döyüş avadanlıqları ilə təchiz olunmaqdadır.

Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Belə olan halda hərbi potensialımızın gücləndirilməsi əsas prioritet məsələlərdən biri olmalıdır. Məlum aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.

Bu gün Azərbaycan Silahlı Qüvvələri, ən güclu silahlı qüvvələri sırasında və regionda isə ən güclu ordu kimi dünyada tanınan qüdrətli ordulardan biridir.

Odur ki, biz bununla fəxir edib, qürür hissi keçirməliyik. Bilməliyik ki, xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.

Əziz hərbiçilər, bayramınız mübarək olsun!

SOCAR, “Neftqazelmitədqiqatlayihə” İnstitutu

İlham Quliyev

Bütün xəbərlər Facebook səhifəmizdə