Müasir dövrdə texnoloji yeniliklər və sosial şəbəkələrin həyatımızın bir parçasına çevrilməsi ilə, insanların bir-birilə ünsiyyət və münasibət qurması daha da asanlaşdı.
Bunun nəticəsi kimi evli ola-ola başqa bir sevgilisi olan insanların sayında kəskin şəkildə artımlar müşahidə olunmağa başladı. Bəs evli kişi ilə yasaq münasibət yaşamağın çətinlikləri və sıxıntıları nələrdir? Ailəli olan kişilər ilə birlikdə olan qadınlar hansı hissləri keçirdirlər? Bu tip qadınların davranışının altında bir neçə səbəb yatır ki, bunlarda özlüyündə qadını ailəsi olan kişi ilə münasibət qurmağa sövq edir. Bu səbəblərə sevgi, pul, məcburiyyət, seks istəyi və gücü aid etmək olar.
Evli kişi ilə birlikdə olan qadınların həyatında daima kədər, üzüntü, yalanlar, qısqanclıqlar, dava-dalaşlar əksik olmaz. Bunun səbəbi isə kişinin sevgilisi ilə münasibətini boşanmadan davam etdirməyə çalışmasıdır. Evli kişi ilə münasibət quran qadın, özünə sual verib düşünməyi bacarmalıdır ki, əgər münasibətdə olduğum adam yoldaşına yalan söyləyib mənimlə birlikdə olursa, deməli, nə vaxtsa mənədə yalan söyləyib başqa bir qadınla yaxınlaşa bilər. Yox, əgər artıq yoldaşını sevmirsə və ona görə mənimlə birlikdədirsə, o zaman nəyə görə yoldaşından ayrılıb, rahat şəkildə mənimlə münasibət qurmur?
Bəs evli kişilərlə qadınların münasibəti necə başlayır?
Psixoanaliz nəzəriyyəsinə görə, atası tərəfindən tərk edilmiş, özgüvən əksikliyi ilə böyümüş qadınlar, özlərini təsdiq etmək, digər qadınlardan daha üstün olduqlarını özlərinə sübüt etmək üçün bu yola əl ata bilirlər. Yəni başqa qadına aid olan kişini əldə edərək, özgüvənlərini bərpa etmiş olurlar. Psixoanalitik yanaşmaya görə bunun əsas səbəbi evli kişi ilə birlikdə olmaqla, uşaqlığında atası tərəfindən aldadılmış olan anasının şüuraltı intiqamını almaq hissinin önə çıxmasıdır. Ancaq bu faza insan beyninin dərinliklərində (təhtəlşüurda) olduğundan bu vəziyyəti asanlıqla anlayıb, dərk etmək mümkün deyil. Amma yalnız ata obrazının əksikliyi ilə bu cür yasaq münasibətləri tam izah etməkdə mümkün deyildir.
Bildiyimiz kimi əlçatmaz kimi görünən və bizdə olmayan şeyləri bizlər gözümüzdə ideallaşdırıb, onları əldə etməyə can atırıq. Evli olan kişilər bu səbəbdən qadınlara daha cazibədar və əlçatmaz gəldiyi üçün onlarla münasibət qurmağa və sevgili olmağa çalışırlar. Bəzən biz öz dostlarımızdan, yaxınlarımızdan eşidirik ki, subay olduğum zamanlarda heç bir xanım ilə münasibət qura bilmədiyim halda evləndikdən sonra sanki ətrafımdakı mənə yaxınlıq etmək istəyən qadınların sayı dəfələrlə artıb.
Qadının həyatda yalnız olması və iqtisadi çətinlikləri, özünü dəyərli hiss etmək istəməsi, eyni anda bir neçəsi ilə münasibət yaşaya biləcəyini düşünməsi, ata fiqurunun uşaqlıqdan bəri çatışmazlığı və s. bu kimi səbəblər qadınların evli kişilərə yönəlməsində vacib rol oynayır.
Xəyanət edən kişinin vəziyyəti isə burada qadından daha ağır olur çox zaman. Adam evli olduğu üçün gecələri telefonla rahat danışa bilmir, ətrafdan görən ola bilər qorxusu ilə nə yoldaşı nə də sevgilisi ilə ictimai yerlərdə gəzməyə və ya istirahətə gedə bilmir, bir sözlə yaşamına istəməyərəkdəndə sərhədlər qoymağa məcbur olur. Daima gizlənməyə çalışır və buna görə də hər iki tərəfə yalanlar söyləməyə məcbur olur.
Münasibətdə olduğu qadın kişinin evli olduğunu bilirsə, bir müddət sonra ondan boşanmasını və açıq şəkildə birlikdə olmalarını tələb edir. Amma kişi ailəsini dağıtmaq istəməməsi səbəbindən hər dəfə yalanlarla sevgilisini aldadır və müxtəlif bəhanələr gətirir. Ayrılsam, karyeram bitər, ev problemi yaşayaram, onsuz da yoldaşımı sevmirəm, ayrı otaqlarda yatırıq, uşaqlara görə bu vəziyyətə dözürəm və s. kimi bəhanələr gətirirək vəziyyətdən çıxmağa çalışır. Bu döngü bu şəkildə davam edir və hər dəfə yeni bəhanələr və yalanlarla zaman qazanmağa çalışır. Statistikada göstərir ki, əgər evli kişi başqası ilə münasibətə başladığı müddətdən 12 ay ərzində yoldaşından ayrılmırsa, 90% göstərici ilə sonrakı illərdə də yoldaşından boşanmır. Çünki asılı insan nə yoldaşından, nə də sevgilisindən ayrılmaq istəyir. Onun əsas məqsədi hər iki tərəfi balanslı şəkildə idarə etməkdir.
Rövşən Hümbətov,
Psixoloq
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
BMT Qəzza ilə bağlı çağırış etdi
Dünya 20:45İranlıdan 12 kq marixuana alan şəxs saxlanıldı
Hadisə 20:32Türkiyədə yenə güclü zəlzələ olub...
Dünya 20:26Cozep Borrell Devid Kameronla görüşüb
Dünya 20:17Gürcüstanda torpaq sürüşməsi baş verib
Dünya 19:58Maksim Qalkin ABŞ prezidentini ələ salıb..?
Şou-Biznes 19:46Hacıqabulda qatarın vurduğu qadın ölüb
Hadisə 19:04Respublika Pediatriya Mərkəzi yaradılıb
Sosial 18:58Argentina NATO-ya üzv olmaq üçün müraciət edib
Dünya 18:29Türkiyə beynəlxalq ictimaiyyətə çağırış edib
Dünya 18:06Görkəmli şair Əli Tudənin 100 illiyinə həsr olunmuş tədbir keçirildi
Mədəniyyət 18:06Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Texnologiya 18:01Uğurlarımıza görə BAŞINA DAŞ DÜŞƏNLƏRİN İÇ ÜZÜ – TƏHLİL
Siyasət 17:56“Milli Şura” növbəti dəfə özünü rüsvay etməyə hazırlaşır
Köşə yazıları 17:23Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında
İqtisadiyyat 17:23Azərbaycan Avstriya ilə birgə sənaye layihələrinin icrasını müzakirə edib
İqtisadiyyat 17:21Hacıqabulda qatar qadını vuraraq öldürüb
Hadisə 17:14Qazaxıstanda sel qurbanlarının sayı artır
Dünya 17:133 rayonda ağaclar qanunsuz kəsilib - FOTO
Hadisə 17:11BDU-da sərgi keçiriləcək
Sosial 17:03Baş prokuror Çində səfərdədir - FOTO
Siyasət 16:46Nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
İqtisadiyyat 16:45Ədliyyə naziri yeni kadrlarla bağlı əmr imzalayıb
Siyasət 16:36Basarkeçərdə Azərbaycan bayrağı - (SƏS TV - CANLI)
Siyasət 16:20"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib - FOTOLAR
İqtisadiyyat 16:20Azərbaycanda yeni dövlət standartlarının qəbulu 4 dəfə artıb
İqtisadiyyat 16:132 nəfər dəm qazından zəhərlənərək ölüb
Hadisə 16:07Sosial fobiya nədir? - PSİXOLOQ AÇIQLADI
Sosial 15:58Böyük Qayıdışın ürəkaçan mənzərəsi TƏHLİL
Siyasət 15:57Heyf telefona dəyişdiyimiz kitablardan...
Köşə yazıları 15:56Yeni dövlət standartlarının qəbulu 4 dəfə artıb
İqtisadiyyat 15:56Balaca rəssamlar Əzim Əzimzadənin ev muzeyində - REPORTAJ/FOTOLAR
Mədəniyyət 15:49Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib - FOTO
Siyasət 15:22Kuleba ilə Blinken görüşdü
Dünya 15:14Son istehkam – RAKURS
Siyasət 15:11“Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edilib
Mədəniyyət 14:28Xüsusi əhəmiyyətə malik olan layihə
Siyasət 14:24QHT-lər Vardanyanla bağlı açıq məktub ünvanlayıb
Siyasət 14:23Zəngilanda silah-sursat aşkarlanıb
Hadisə 14:19Millimizin üzvü Macarıstan çempionu oldu
İdman 13:34İnfrastruktur layihələri uğurla icra edilir
Siyasət 13:03Birinci sinfə qəbul mayın 1-i başlayır
Təhsil 12:51Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8152 +0,53%
- GBP 2,1198 +0,36%
- RUB 0,0180 0,00%