Bu gün çalışan qadınların sayı getdikcə artmaqdadır ki, bu da müxtəlif səbəblərlə bağlıdır. Yəni qadınların bir qismi cəmiyyətə inteqrasiya olmaq, karyera əldə etmək, maddi problemlərini həll etmək və digər səbəblərlə bağlı çalışmaq qərarına gəlirlər. Bəzi qadınlar isə əksinə, çalışmaq istəmir, vaxtını yalnız ailəsinə sərf etməyə üstünlük verirlər. Bu baxımdan bəzi qadınlar çalışanların, bəziləri isə evdar qadınların daha xoşbəxt olduğunu düşünürlər.
Çalışmaq nəyə mane olur?
Türkiyədə aparılan araşdırmada da çalışan qadınların xoşbəxt olmadıqları və gələcəyə inamla baxmadıqları müəyyən edilib. Qadınların xoşbəxt olmamağının səbəbləri arasında işə yönəlmək və ailə qurmaqda gec qalmaq, hələ də kişilərin təzyiqinə məruz qalmaq kimi səbəblər göstərilir. Özəl şirkətlərdə çalışan universitet məzunları, 23-40 yaş arasında 400 qadın arasında aparılan araşdırma çalışan qadınların o qədər də xoşbəxt olmadığını ortaya çıxarıb. Nəticədə, çalışan qadınların 62 faizinin xoşbəxt olmadığı, 71 faizinin isə gələcəkdən ümidsiz olduğu aydınlaşıb. "Xoşbəxtsinizmi?" sualına 38 faiz qadın "bəli" cavabını verib. Qadınlar xoşbəxt olmadıqlarının bəzi səbəblərini belə qeyd ediblər: "İşə çox vaxt ayırıram, şəxsi həyata vaxtım qalmır, uşağım olmasını istəyirəm, amma vaxtım yoxdur. Karyeramda yüksəlmək üçün çox güzəştə gedirəm, az qazanıb çox xərcləyirəm, karyerada hələ kişilərə üstünlük verildiyini düşünürəm, işsiz qalmaqdan qorxuram, ailə qurmaq üçün doğru namizəd tapa bilmirəm, sürətlə yaşlandığımı düşünürəm, uşaqlarıma vaxt ayıra bilmirəm, işimi sevmirəm və s."
Qadınlar çalışdıqları işdən məmnun və gələcəkdən ümidli olmadıqlarını da ifadə ediblər. "Həyatınızı yenidən qurmaq şansınız olsaydı, eyni işi seçərdinizmi?" sualına qadınların 41 faizi "bəli" və 59 faizi "xeyr" cavabı verib. Onların 71 faizi gələcəyə ümidsiz, 29 faizi isə ümidlə baxır.
Amerikalı alim L.M. Alfons isə öz yazısında 1364 yeni ana olmuş qadın üzərində aparılan araşdırmaya toxunub. Bu araşdırmada ən az yarım gün çalışan qadınların, evdə uşaqları ilə vaxt keçirməyə qərar verən analara görə daha sağlam və xoşbəxt olduqları göstərilir. Həmçinin bu araşdırmaya görə, bir ananın çalışmasının çox faydası var. Belə ki, həftədə 1 saat ilə 32 saat arasında çalışan qadınlar uşaqlarının ehtiyaclarına qarşı daha həssas olurlar, çalışmayan analara nisbətən daha az depressiyaya meyllidirlər və həyat yoldaşları ilə ev işlərini daha yaxşı paylaşırlar. Tam iş saatı çalışan analar isə daha stresli olmalarına baxmayaraq, onlarda bütün gün evdə olan qadınlara nisbətən daha az depressiya əlamətləri görmək mümkündür.
Nəhayət, digər bir araşdırmanın nəticələrinə görə, çalışan qadınların 78 faizi məhz "çalışan qadın" olmaqdan məmnundur. Araşdırmaya görə, uşaqlarının yaşı 18-dən aşağı olan min qadın çalışmağının ana olmağa əngəl olmadığını bildirib. Sadəcə bu deyil, çalışmağın faydaları da göstərilib. Çalışan bir qadın olmanın uşaqları üçün yaxşı bir nümunə olduğunu düşünənlər 50 faiz təşkil edir. Həmçinin çalışmanın daha yaradıcı bir ana və iş yerində fərqli baxış bucağına sahib olmağa imkan yaratdığını düşünənlərin sayı isə 40 faizdir. Digər 32 faiz isə ana olduqdan sonra iş yerində üzərlərinə daha çox yeni məsuliyyət, rollar götürdüklərini deyirlər. Bundan başqa, çalışan qadınların böyük əksəriyyəti - 77 faizi evdə uşaqlarını böyütməkdə köməkçinin olduğunu deyirlər.
Xoşbəxt adam odur ki, səhər işə, axşam evə tələsir
Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri Lyudmila Xəlilova bildirir ki, qadının xoşbəxtliyi yalnız onların evdar və ya çalışan olması ilə ölçülmür: "Təbiətin qadına verdiyi xoşbəxtlik - ana olmaqdır və bu mənada onun üçün ailə sahibi olmaq çox əhəmiyyətlidir. Bununla yanaşı, öz övladlarını gözəl tərbiyə etmək üçün qadın özü kifayət qədər savadlı, bilikli və dünyəvi düşüncələrə sahib olmalıdır, yəni təhsilli olmalıdır. Bəzən qadının özünü övladlarına həsr etməsi və ya digər qayğılar onu evdar qadına çevirir".
L.Xəlilovanın fikrincə, əgər bu qadının öz seçimidirsə, bu onun üçün əhəmiyyətlidirsə və o bunu özünə bir mənəvi borc bilirsə, o elə həmin zaman da xoşbəxt ömrün sahibi kimi görünür. Onun sözlərinə görə, bu qayğılar olmadıqda, qadın təhsilini davam etdirdikdə, hər hansı sahədə peşəkar olduqda, o özünü həyatda realizə etmək arzusunda olanda, həm də öz sevdiyi işlə məşğul olanda, orada öz uğurlarını yaşayanda, özünü lazımlı və gördüyü işin faydalı olduğunu görəndə də qadın özünü xoşbəxt hiss edir: "Qadının xoşbəxtliyi onun tək işdə əldə etdiyi uğurlarla yox, həm də şəxsi həyatda qazandığı nailiyyətlərlə ölçülməlidir. Həyatda harmoniyanı tarazlayan qadın özü də bu harmoniyanı yaşayanda xoşbəxt olur. Belə bir söz var: "Xoşbəxt adam odur ki, səhər işə, axşam evə tələsir"".
Çalışmayanlar çalışanlara hərdən həsəd də aparırlar
Uzun illərdir müəllimə kimi çalışan Validə Şamilova deyir ki, harada çalışmasından asılı olmayaraq sevilən qadınlar xoşbəxtdirlər: "Yəni elə qadın var ki, işi əladır, amma öz aləmində tənhadır. Yaxud evdardır, amma tənhadır, sevilmir. Amma sevilərkən hər halında xoşbəxtdir. Mən xoşbəxtliyi çalışmağımda görürəm. Çünki ətrafımda, işlərimdə sağlam rəqabət aparan dostlar var. Mən də öyrənirəm, çalışıram, işlərimdən güc alıram. Hiss edirəm ki, cəmiyyətə faydam dəyir və daha yaxşı nailiyyətlərə doğru addımlayacağam".
V. Şamilovanın sözlərinə görə, ətrafında olan, tanıdığı xanımların işləyəndən sonra özlərini daha optimist fikirli xanım kimi hiss etdiklərinin şahidi olub. O da vurğulandı ki, xoşbəxtlik insanın həyat amalından asılıdır: "Əgər qarşısında cəmiyyətə qatılıb bir işlə məşğul olmaq onun niyyətidirsə, şikayət etmir. Yox, əgər sadəcə qismətilə barışıb özünü mətbəxdə görürsə o, öz xoşbəxtliyini orada tapacaq. Məsələn, mən islərimdə irəliləyiş olmayanda depressiyaya düşəcək qədər bir hal yaşayıram. İşdən yorulmuram. Məncə, çalışan qadınlar xoşbəxtdirlər. Çalışmayanlar çalışanlara hərdən həsəd də aparırlar".
Həmsöhbətimin sözlərinə görə, işləyəndə ev işlərini daha tez çatdırmaq olur, nəinki işləməyəndə: "Bunu rəfiqələrim də təsdiqləyirlər. Məsələn, mən bu gün səhər saat 4-də durub yemək bişirmişəm. Bilirdim ki, akademiyaya, universitetə gedib işlərimi görəcəm. İşə gedəndə ev işlərini planlı görürük. Bilirik ki, vaxtımız məhduddur. Yoxsa arxayın oluruq, bəzən işlər yarımçıq qalır. İşim olmasa, yaradıcılığım olmasa, mən depressiyaya düşərəm. Həyat mənim üçün qaranlıq olar. Mən bu gün çalışdığım üçün bir qadın olaraq xoşbəxtəm".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Moskvada “Dixie” ərzaq mağazası yanıb
Hadisə 22:56Polisə reper Qufun öldürülməsi barədə məlumat daxil olub
Şou-Biznes 22:43Polyaklar "rus şpionu" axtarırlar...
Dünya 22:09Ağ Evdə Rusiya rəsmiləri təhqir olunub
Dünya 21:54"Bayern"də baş məşqçi vəzifəsinə namizədlər
İdman 21:25Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
Sosial 21:17“Morgenland” Odlar Yurdu ilə görüşür”
Mədəniyyət 20:16Hərbi təyyarə dənizə düşüb
Dünya 19:56Xaviyə “Barselona”da yeni vəzifə təklifi
İdman 19:38Roma Papasının səhhəti yaxşılaşıb
Dünya 19:15Nazirlik taksilərlə bağlı tələbləri şərh etdi
Sosial 19:05Tacik "əlavə qüvvə" çağırıb?
Dünya 18:46Ruslar indi də kərpicsiz qaldı..?
Dünya 18:35Hərraca çixarilan ölkə TƏHLÜKƏ QARŞISINDA - TƏHLİL
Siyasət 18:06Yeni qaydalardan sonra taksilər belə görünəcək - FOTOLAR
İqtisadiyyat 17:14Rəşad Məcid TƏLTİF EDİLDİ
MEDİA 17:12Nəvə ilə baba eyni gündə dünyasını dəyişdi
Dünya 17:11Azərbaycanda və dünyada parklanma TARİFLƏRİ - ARAŞDIRMA
İqtisadiyyat 17:05Bələdiyyə torpaqları üzərində hərrac və ya müsabiqə hansı qaydada keçirilir?
İqtisadiyyat 16:57Lənkəranda ağır qəza
Hadisə 16:56Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - FOTOLAR
Siyasət 16:54İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU
Hadisə 16:53Azərbaycan turizmi COP29-a hazırdır? - SORĞU
Turizm 16:50Bu avtomobillər taksidə istifadə oluna bilməz
Siyasət 16:50Ağ və qırmızı rəng, kamera, POS-terminal
Siyasət 16:46Avtobusların rənglərinə dair tələb müəyyənləşdi
Siyasət 16:42CAR lideri Prezident İlham Əliyevi təbrik etdi
Siyasət 16:39Latviya XİN rəhbəri istefa verib
Dünya 16:35Bakıda mənzildən meyit tapılıb
Hadisə 16:34ADY FHN ilə birlikdə növbəti praktiki təlim keçirib
Hadisə 16:33Bayram günlərində baş verən qəzalarda 7 nəfər ölüb
Hadisə 16:21DİM auditor seçir
Təhsil 16:06"1 Saylı Bakı Dəmir Yolu Poliklinikası" auditor seçir
İqtisadiyyat 16:04Gənclərdə təngnəfəsliyin səbəbi nədir? - HƏKİM İZAH ETDİ
Səhiyyə 15:29Bakı dairəvi yolunda qəza
Hadisə 15:27Mərkəzi Bank “Azərbaycan Sənaye Bankı”na icrası məcburi sərəncam verib
İqtisadiyyat 15:23Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişib
İqtisadiyyat 14:56Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ
Siyasət 14:47NATO-Ermənistan “nikah”ına hazırlıq gedir - RAKURS
Siyasət 14:13Gənclər Fondu auditor seçir
İqtisadiyyat 14:05“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
İqtisadiyyat 14:03Bayram günlərində 100 mindən artıq ağac əkilib
Sosial 13:08“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Hadisə 12:51Bu gün onların günüdür
Siyasət 12:43Yaşıllığı olmayan şəhərlər məhvə məhkumdur - ANALİZ
Siyasət 12:42Qərb sülh əvəzinə müharibə axtarır... - TƏHLİL
Siyasət 12:42Özəl xəbərlər
Digər xəbərlərHərraca çixarilan ölkə TƏHLÜKƏ QARŞISINDA - TƏHLİL
Siyasət 18:06Nəvə ilə baba eyni gündə dünyasını dəyişdi
Dünya 17:11Azərbaycanda və dünyada parklanma TARİFLƏRİ - ARAŞDIRMA
İqtisadiyyat 17:05Azərbaycan turizmi COP29-a hazırdır? - SORĞU
Turizm 16:50Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8399 -0,05%
- GBP 2,1472 +0,12%
- RUB 0,0185 +1,08%