Duşko Markoviçin Azərbaycana rəsmi səfəri başa çatıb

Monteneqronun Baş Naziri Duşko Markoviçin Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 25-də başa çatıb. SİA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monteneqronun Baş Naziri Duşko Markoviçi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər yola saldılar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...