Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib

İyunun 25-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamına əsasən ali hərbi rütbələrlə təltif olunan Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Müdafiə nazirinin müvafiq əmri təntənəli şəkildə oxunub. Sonra hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib.

Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran Müdafiə naziri onlara xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə