Naxçıvanda ötən ay 8 istehsal sahəsi yaradılıb

Muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixracqabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər ötən ay da davam etdirilib. Bu dövrdə heyvandarlıq, istixana təsərrüfatları, soyuducu anbar olmaqla, 8 istehsal sahəsinin yaradılması başa çatdırılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən mayda heyvandarlıq, arıçılıq, quşçuluq təsərrüfatlarının və soyuducu anbar olmaqla 7 yeni layihənin maliyyələşdirilməsinə 104 min 200 manat, eləcə də 11 ailə təsərrüfatına 129 min 800 manatlıq güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib.

Ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 8 hаldа mənşə sеrtifikаtı verilib. Ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilib, 176 halda mal nümunələrində laboratoriya təhlilləri aparılarkən 174 nümunənin keyfiyyət göstəriciləri qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 2 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.

Bakıda “Məhsul ixrac edən şirkətlərdə keyfiyyətin idarə edilməsi” mövzusunda keçirilmiş seminarda “F.H.Oğulları” MMC-nin, “Sumqala Tikinti Təchizat” MMC-nin və “Ordubad Qənnadı Məmulatları” MMC-nin nümayəndələrinin, həmçinin 4 beynəlxalq tədbirdə 10 sahibkarlıq subyektinin iştirakı təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə