Prezident 7 sərəncam imzaladı YENİ TƏYİNATLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib. Növbəti sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib və daxili işlər naziri təyin edilib.

Prezidentin növbəti sərəncamı ilə Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.

Ölkə rəhbəri digər Sərəncamı ilə Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə