Bu il hava nəqliyyatı ilə 856,2 min sərnişin daşınıb

Cari ilin yanvar-may aylarında hava nəqliyyatı ilə 856 min 200 və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə