"Azərbaycan QDİƏT-ə sədrliyi layiqincə yerinə yetirib"

“Ən vacib məsələləri - iqtisadi, sosial əməkdaşlıq məsələlərini yerinə yetirmək üçün, eyni zamanda regionda infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün təhlükəsizliyə töhfə vermək lazımdır”. SİA-nın verdiyi məlumata görə, bunu Bolqarıstan Baş nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxaryeva Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasına ünvanladığı təbrik məktubunda bildirib.

Y.Zaxayeva Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi layiqincə yerinə yetirdiyini vurğulayıb: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasında parlamentlərarası əlaqələrimizlə regionda əməkdaşlığımızı artıra bildik. Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası bu baxımdan mühüm və aktual məsələlərlə bağlı fikir mübadiləsinin aparılmasında böyük imkan yaradacaq”.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyin Bolqarıstana keçəcəyini vurğulayan Y.Zaxaryeva qeyd edib ki, Bolqarıstan bu işləri görməyə, çağırışlara cavab verməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...