Bolqarıstan Xalq Məclisinin sədri Bakıya gəlib

Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsveta Karayançeva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak etmək üçün iyunun 19-da Azərbaycan Respublikasına səfərə gəlib.

SİA xəbər verir ki, Bolqarıstan parlamentinin sədrini hava limanında Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...