“Gənc alimlər üçün elmi təqdimat və kitab sərgisi təşkil ediləcək” TƏDBİR

“15-19 avqust 2019-cu il tarixlərində Avropa Gənc Alimlər Şurası Macarıstan Gənc Alimlər Assosasiyası və Ferenc Pethe Universitetinin təşkilati dəstəyi ilə “Avropa Gənc Alimlərinin Yay Məktəbi” çərçivəsində Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Konflikt ərazilərində tarixi-mədəni irsin məhv edilməsi Avropa alimlərinin nəzərində” adlı layihə həyata keçiriləcəkdir”. Bunu SİA-ya açıqlamsın da . Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

İ.Orucovun sözlərinə görə, layihə çərçivəsində gənc alimlər, doktorantlar, magistrlər üçün elmi təqdimat və kitab sərgisi təşkil ediləcəkdir: “Təqdimatda Azərbaycanın multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi və 27 ildən artıq müddətdə işğalda saxladığı Azərbaycanın tarixi Qarabağ ərazilərində azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini dağıtması, tarixi faktları saxtalaşdırması, özününküləşdirməsi faktları avropalı gənc alimlərin diqqətinə çatdırılacaq. Layihə bütövlükdə 250 nəfər gənc alim və tədqiqatçını əhatə edəcəkdir. Tədbirdə Avropa universitetlərinin rektorları və administrativ şəxsləri, Macarıstanın Təhsil və Mədəniyyət Nazirliyinin nümayəndələrinin, Avropa Gənc Alimlər Şurasının rəhbər şəxsləri və digər rəsmi nümayəndələr də iştirak edəcəklər. İştirakçılara Qarabağ abidələrinin münaqişədən əvvəlki vəziyyəti və münaqişə dövründə ermənilər tərəfindən dağıdılmış durumu iştirakçılara faktlarla göstəriləcək”.

İ.Orucov onu da bildirdi ki, tədbirin yekununda iştirakçılara Qarabağ tarixi-mədəni abidələri barədə sənədli film nümayiş olunacaq: “Avropalı gənc alim və tədqiqatçılara münaqişə zonalarında maddi-mədəniyyət abidələrinin dağıdılmasına biganə qalmamaqla bağlı və bu kimi vandalizm aktlarına qarşı mübarizə aparmaqla bağlı müraciət olunacaq. Ketsxey şəhərindəki Pannoniya Universitetində təşkil olunacaq kitab sərgisində Azərbaycan tarixi, Qarabağ həqiqətləri, azərbaycanlılara qarşı kütləvi qırğınlarla bağlı kitablar nümayiş olunacaq. Kitablardan bəzi nüsxələr Universitet kitabxanasına təqdim olunacaq, eyni zamanda iştirakçılar arasında paylanacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə