AQTA və UNICEF “ƏMƏKDAŞLIQ PROQRAMI”NI MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) UNICEF-in Səhiyyə üzrə Regional müşaviri Bazil Rodriges ilə görüş keçirilib.

SİA AQTA-nın “İnformasiya təminatı və innovativ həllər şöbəsi”nin məlumatına istinadən bildirir ki, görüş zamanı agentliyin sədr müavini Rüfət Rüstəmzadə UNICEF-in nümayəndə heyəti ilə beynəlxalq qurumun Azərbaycan üzrə 2021-2025-ci illər üçün növbəti "Ölkə üzrə Əməkdaşlıq Proqramı"na dair prioritet istiqamətlər barədə müzakirələr aparıb.

Görüş çərçivəsində tərəflər arasında qida təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə insanların sağlamlığının qorunması sahəsində əməkdaşlığın mümkün prioritet istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə