Azərbaycan dünya mətbuatının diqqətindədir

"Heydər Əliyev - Böyük tarixi missiyalı Ümummilli Lider" başlıqlı geniş məqalədə Ümummilli Liderin qarşısında böyük və tarixi xidmətlərindən bəhs olunur

Müasir Azərbaycan dünyada aparıcı ölkələrin səviyyəsinə yüksəlib. Bu gün Azərbaycanın hər bir regionu inkişaf edir, paytaxtla rayonlar arasındakı fərqlər aradan götürülür, yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, əhalinin həyat tərzi daha da yaxşılaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasət nəticəsində, ölkəmiz beynəlxalq arenada öz mövqelərini daha da möhkəmləndirir. Son 16 ildə qazanılan uğurlar, ölkəmizin BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir təşkilata üzv olması və s. bu kimi nailiyyətlərin göstəricisidir.

Azərbaycanın dünyada artan nüfuzunun nəticəsidir ki, ölkəmiz beynəlxalq əhəmiyyətli mühüm tədbirlərin keçirildiyi məkana çevrilib. Bu gün Azərbaycan sivil ölkə kimi beynəlxalq nüfuz və yüksək imic sahibidir. Təbii ki, bugünkü mövcud vəziyyət, iqtisadi inkişaf və siyasi sabitlik, məhz Dahi Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub.

Azərbaycanın bu inkişafı, real mənzərəsi dünyanın nüfuzlu ölkələrinin diqqtətindən belə yayınmır. Son illərdə müxtəlif ölkələrin dövrü mətbuatında dərc olunan məqalələr, hazırlanan televiziya verilişləri Azərbaycanın möhtəşəmliyndən, onun inkişaf tempindən və digər amillərdən söz açır. Bu günlərdə Efiopiyada dərc olunan daha bir məqalədə Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında böyük və tarixi xidmətlərindən yazılıb. Belə ki, Efiopiyanın yüksək tirajlı və aparıcı nəşrlərindən olan "Capital" ("Kapital") qəzetində Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında böyük və tarixi xidmətlərinə həsr olunmuş "Heydər Əliyev - Böyük tarixi missiyalı Ümummilli Lider" başlıqlı geniş məqalə

dərc edilib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra Azərbaycanda inkişafın yeni mərhələsi başlandı. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr nəticəsində, ölkəmizdə bütün sahələrdə tənəzzül yaranmışdı. Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi kursu sayəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Ulu Öndər Heydər Əliyev Şəxsiyyət, Siyasi Xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq, Azərbaycan tarixində əsrin Lideri olduğunu təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi idi ki, müasir dövrün tələbləri çərçivəsində dünya xalqlarına böyüklüyünü göstərə bildi.

Məqalədə, Ulu Öndərin müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi, Azərbaycanın müstəqilliyinin qorunması və gücləndirilməsi, milli birliyin ideoloji əsasını təşkil etmiş azərbaycançılıq məfkurəsinin yaradılması, dövlət quruculuğu, bütün regiona sülh və inkişaf gətirmiş nəhəng beynəlxalq layihələrin təsis edilməsi və digər misilsiz xidmətləri barədə ətraflı məlumatlar yer alıb. Xüsusi olaraq, vurğulanıb ki, 1993-cü ilin may-iyun aylarında vətəndaş müharibəsi, anarxiya və tamamilə süqut vəziyyətində olan və torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanda xalqın israrlı təkidi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində, stabillik və təhlükəsizlik bərqərar edilib, ölkənin bütün sahələrində uzunmüddətli inkişafına təkan verən siyasi kursun həyata keçirilməsi təmin olunub.

Həmin tarixə qədər son illərdə baş verən hadisələr, xalqı, bütövlükdə, uçuruma sürükləyən məqamlar - istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Belə bir zamanda, xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini doğrultdu. Ulu Öndərin məqsədyönlü siyasəti ilə Azərbaycanın şanlı və silinməz tarixi yazıldı.

Məqalədə Azərbaycan tərəfindən "Əsrin Müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, "Cənub Qaz Dəhlizi" və digər nəhəng beynəlxalq və regional layihələrin Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi baxışları və qətiyyətli qərarları nəticəsində həyata keçirilməsinin mümkün olduğu vurğulanıb.

Yazıda Ulu Öndərin zəngin və keşməkeşli həyat yolu haqqında da məlumat verilərək, Heydər Əliyevin SSRİ-nin rəhbərlərindən biri kimi dövrün ən görkəmli dövlət xadimlərindən biri olduğu və 1990-cı ildə Sovet qoşunlarının Bakı şəhərində qanlı qırğın törədilməsi ilə əlaqədar olaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, bu cinayət hadisəsini törədənlərin və təşkilatçıların cəzalandırılmasını tələb etdiyi bildirilib.

Məqalədə, həmçinin, Azərbaycan xalqının öz Ümummilli Liderinin xatirəsini hər zaman böyük sevgi və ehtiramla yad etdiyi, xüsusi olaraq, vurğulanıb və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dönüşünün - 15 iyun tarixini Azərbaycanın Milli Qurtuluş Günü elan edildiyi qeyd edilir.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...