"Real nəticələr Azərbaycan diasporunun güclənməsinə imkan yaradacaq” - Münasibət

"Diaspor təşkilatlarının pərakəndə fəaliyyətinin fəsadları, yaranan böhranın həlli yolunda son illər müşahidə edilən uğursuz cəhdlər belə bir sosial sifarişin əsas yaranma səbəbidir. 1988-ci ildən başlayan diaspor fəaliyyətimiz Dünya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondu çərçivəsində bir çox ölkələrdə davam etməkdədir. Hətta Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyət göstərdiyi müddətdə Dünya Azərbaycanlıları İttifaqı Rusiyada və onun hüdudlarından kənarda daha fəal olub". SİA-nın məlumatına görə, bu fikirləri Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqı rəhbəri Füzuli Məmmədov Rusiyadakı Azərbaycan diaspor qurumlarının sədrləri və fəalları ilə görüşdə deyib. O, əlavə edib ki, ÜAK 3 ildir ki, yoxdur: "Bu 3 ildə nə guclu diasporu qura biləcək ideya, nə çoxsaylı diasporumuzun rəğbətini qazanmış federal miqyaslı rəhbər ortaya çıxmadı. Təbii ki, biz böhrana laqeyd qala bilməzdik. Biz 30 illik diaspor təcrübəmizə arxalanaraq, bu təşəbbüsü üzərimizə götürdük və ümid edirik ki, real nəticələr Azərbaycan diasporunun güclənməsinə, onun arzu etdiyimiz məqama yüksəlməsinə imkan yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə