"Ermənilər bir müddət sonra öz itkilərini açıqlayacaqlar" - Müdafiə naziri

"Deyə bilərəm ki, Ermənistanın müdafiə naziri David Tonoyan yalan danışır. Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir müddət sonra onlar öz itkilərini açıqlayacaqlar". SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın hərbi qulluqçumuz, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verməsi ilə bağlı dediyi fikrə münasibət bildirərkən deyib.

Xatırladaq ki, iyunun 9-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin Tərtər rayonu istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə