Bu gün Dünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Gününün qeyd edilməsi 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunub. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilib. Dünyanın 170 ölkəsinin qoşulduğu Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.

SİA xəbər verir ki, Yer kürəsinin 30 faizini tutan meşələr yalnız ərzaq təhlükəsizliyi və sığınacaq rolu oynamır, həm də iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir, bioloji müxtəlifliyi saxlamağa və əhalinin gün-güzəranıni təmin edir. Hər il 13 milyon hektar meşə sahəsinin sıradan çıxması və torpaqların deqradasiyası 3,6 milyard hektar ərazinin səhralaşmasına səbəb olur.

Səhralaşma quraq, yarımquraq və nisbətən rütubətli ərazilərdə torpağın deqradasiyaya uğraması nəticəsində yaranan qlobal ekoloji və sosial-iqtisadi problemdir və onun yaranmasının əsas səbəbi antropogen faktorlar və iqlim dəyişkənliyidir. Həmin problem Yer kürəsi əhalisinin 250 milyon nəfər sakininə təsir edir və təqribən yüzdən artıq ölkədə bir milyarddan çox əhalinin həyatını təhlükə altına qoyur. Onlar dünyanın ən kasıb, və siyasi cəhətdən ən zəif ölkələrində yaşayırlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə