Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb

Ukraynanın populyar “5 kanal” televiziyası Naxçıvan haqqında hazırladığı ikinci reportajı yayımlayıb. AZƏRTAC xəbər verir ki, reportajda Naxçıvanın Duzdağ sanatoriyası, “Qarabağlar türbəsi”, muxtar respublikanın tarixi, istehsal etdiyi məhsulları haqqında tamaşaçılara ətraflı məlumat verilib.

Naxçıvan şəhərinin təmizliyinə və səliqəsinə heyran olan aparıcı Nadya Baziv insanların qonaqpərvərliyini xüsusi vurğulayıb. Verilişin aparıcısı Naxçıvanın istehsal etdiyi milli məhsulların dünyada tanındığını qeyd edib. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Naxçıvanın milli məhsullarının ekoloji cəhətdən təmizliyini, istər Azərbaycanda, istərsə də xarici ölkələrdə bu məhsullara tələbatın böyük olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...