Bərdədə təcili yardım həkimləri xəstənin qohumları tərəfindən döyülüb - FOTOLAR

Bərdədə çağırışa gedən təcili yardım həkimləri döyülüb. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Qaradəmirci kəndində baş verib.

Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və təcili tibbi yardım avtomobilinin sürücüsü Zaur İbrahimov çağırış yerinə çatan kimi döyülüblər. Həkimlərin sözlərinə görə, xəstəni müayinə etməyə imkan tapmayıblar. Şəxsiyyəti məlum olmayan şəxs taxta parçası ilə avtomobilə və onlara hücum edib.

Hadisə zamanı maşının yan şüşəsi qırılıb sürücü isə qolundan xəsarət alıb.

Hadisə ilə bağlı rayon Təcili Yardım Stansiyasının baş həkimi məlumatlandırılıb və polisə rəsmi müraciət edilib. Hazırda həkimə xəsarət yetirən şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...