ETSN-də BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

30 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə