Bakıda qeyri-sabit hava müşahidə olunur

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, arabir tutqun hava şəraiti hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntı müşahidə olunur.

Azərbaycanın rayonlarında da qeyri-sabit hava hökm sürür. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağışlar, dolu müşahidə edilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə