Kənd təsərrüfatı naziri İnam Kərimov mayın 30-da Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran və Astara rayonlarının sakinləri ilə görüşəcək. Həmin gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzində bu rayondan olan vətəndaşları qəbul edəcəklər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildiriblər ki, vətəndaş qəbulunda iştirak etmək istəyənlər Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-205-44-24), Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-287-12-12) və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-40852-62) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə