BNA 450-dək avtobus ayırdı azarkeşlər üçün

Bakıda keçiriləcək futbol üzrə UEFA Avropa Liqasının final oyunu zamanı nəqliyyat əməliyyatlarının yerinə yetirilməsi məqsədilə 450-dək avtobusa 12 məntəqədə Bakı Nəqliyyat Agentliyinin (BNA) tam heyəti və özəl daşıyıcaların 62 nəfər dispetçeri cəlb edilib. SİA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, futbol matçını izləməyə gələcək azarkeşlərin daşınması üçün BNA tərəfindən nəqliyyat planı hazırlanıb, plana əsasən, müxtəlif istiqamətlər üzrə marşrutlar müəyyənləşdirilib. Həmçinin Bakı Olimpiya Stadionunun ərazisindəki nəqliyyat terminalının və şəhərin müxtəlif ərazilərində məntəqələrin layihəsi hazırlanıb və bu sahədə müvafiq işlər görülüb.

M.Ağayev qeyd edib ki, hava limanı ərazisində təyyarənin trapından azarkeşlərin gömrük və sərhəd-keçid məntəqələrinə daşınması üçün 40 avtobus ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə