"Tarixin araşdırılmasında bu muzeyin son dərəcə böyük rolu var" Tarixçi

"Mənim üçün çıxış etmək son dərəcə çətindir, çünki bu muzey planlaşdırılarkən, bunun içərisindəki müəyyən işlər görülərkən Tarix İnstitutu da bilavasitə iştirak etmişdir. Mən bu muzeyin yaradılmasını Sərhəd Xidmətinin çox böyük xidməti hesab edirəm. Bununla bağlı ölkə başçısı qarşısında məsələ qaldırılıb, burada belə bir muzeyin yaradılması barədə möhtərəm Prezidentimiz tapşırıq vermişdir". Bunu Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində Azərbaycan Milli Elmlər Akademi¬yasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxış edərkən deyib.

Tarixçi alim qeyd edib ki, tarixdə elə hadisələr, elə proseslər var ki, biz onları yüz cütlərlə əsərlər yazmaqla insanların beyninə həkk edə bilmərik. Amma elə addımlar atıla bilər ki, on illər edə bilməyəcəyimizi etsin. Bu baxımdan qeyd olunmalıdır ki, Sahil bağında, Cənab Prezidentin müdrikliklə, cəsarətlə bu “26-larla” əlaqədar məqbərəni sökdürdü, şəhər qəbrsitanlığına köçürtdü. Beləliklə, yüzlərlə versiyaların üstündən xətt çəkildi və məlum oldu ki, orda 26 yox, 23 cəsədin qalığı var. Sonra biz araşdırmalar apardıq, hər bir şey öz yerini tutdu.
Düşünürəm ki, bu muzeyin açılışı da bizim Azərbaycan tarixşünaslığında, insanların beynində bir inqilab yaradacaqdır. Çünki, yazılarla, kitablarla şüurları dəyişdirmək çox çətindir. Xüsusilə, biz indi şüurumuzun, düşüncəmizin gəlişdirilməsi dövründə yaşayırıq. İqtisadiyyatda yüksəlişlərimiz irəlidə daha çox olacaq, başqa sahələrdə abidələr də yaradacayıq, amma on illər, yüz illər lazım gəlir ki, insan beynində dəyişiklik olsun.
Bu baxımdan da bu muzeyin son dərəcə böyük əhəmiyyəti var. Mən düşünürəm ki, onu iki hissəyə bölmək olar. Birinci əhəmiyyəti ondan ibarətdir ki, bura ilə dərindən tanış olduqca, hələ bura sənədlərlə zənginləşdiriləcək, araşdırmalar aparılacaq. Bir həqiqət burada tamamilə aydınlaşır ki, bizim xalqımızı məhv etmək siyasəti yeridilmişdir. Cümhuriyyət süqut etdirərkən, ora işğal olunarkən, Gəncədə bütün camaatı, irili-xırdalı, uşaqlı, qız-gəlinli, qocalı, cavanlı hamısını qırdılar. Azərbaycanın hər yerində bu soyqırımlar həyata keçirildi. Burada da Azərbaycanın paytaxtı olmamalı idi. Şaumyanda bu fikir vardı ki, o, daşnak partiyası Bakı komitəsinin üzvü idi. Burada ermənilərin hamısını daşnaklarla doldurmuşdular, gələcəkdə Bakının paytaxt olması planları hazırlanmışdı. Azərbaycanın dövlətçiliyi regionumuzda aradan qaldırılacaq idi".

Y.Mahmudov bildirib ki, bu baxımdan tarixin araşdırılmasında bu muzeyin son dərəcə böyük rolu var: "Xalq bu muzeyə daxil olub çıxandan sonra uşaqlarımız, gənclik, hamısı bilməlidirlər ki, o soyqırım cəlladları kimlərdən ibarət idi. Kimlər bu cəlladlığı törədiblər, xalqımızı məhv ediblər, burada, icraçılar kimlərdən ibarət olmuşdur. Onlar siyahılaşdırılacaq və güman edirəm xalqımızda düşüncə tərzi yaranacaq ki, o “Domokl qılınc”ından biz həmişə özümüzü qorumalıyıq. Həmişə düşünməliyik ki, bu cür yerlərdə Azərbaycan xalqını məhv etməyə çalışıblar, kimlər məhv etməyə çalışıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə