"“Siyasi qurbanların xatirəsi muzeyi” bir ibrət dərsidir" ANAR

"Biz kədərli, qəmli bir yerdəyik, amma mən sevinc hissi keçirirəm. Sevinc hissi keçirirəm ki, günahsız yerə tələf olmuş, məhv olmuş insanlarımızın xatirəsinə vicdan borcumuzu qaytarırıq. Belə bir muzeyin yaradılması mənim çoxdankı arzum idi. Dəfələrlə o vaxt deputat olduğum məclisdə şəhidlər muzeyinin yaradılmasını təklif etmişdim. Çox minnətdaram Sərhəd Xidmətinə, çox minnətdaram hörmətli Prezidentimiz İlham Əliyevə dəstəyinə görə ki, belə bir muzey axır ki, yarandı". Bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirindəki çıxışında deyib.

Xalq yazıçısı bildirib ki, bu muzey də bir ibrət dərsidir, bu tək bizim gunahsiz insanların xatirəsinə olan vicdan borcumuz deyil, həm də bir xəbərdarlıqdır ki, bu heç bir vaxt bu hal tarixdə təkrar olunmamalıdır: "Mən niyə bunu xüsusi vurğulayıram? Çünki bilirsiz, indi qonşu ölkələr müəyyən dərəcə Stalin repressiyalarına haqq qazandırmaq kimi təşəbbüsləri var. Düzdü, filan qədər adam ölüb, amma bu zərurət idi. Heç bir halda insan təlafatını “zərurət məntiqi” ilə nə izah etmək, nə də bağışlamaq olar. Ona görə də belə bir muzeyə görə mən bir daha təşəkkür edirəm. İstərdim ki, bura cavanlarımız da, yaşlılarımız da gəlsinlər. Bir də onu da demək istəyirəm ki, mən burada babam – Azərbaycanın ilk Səhiyyə Naziri Xudadat bəy Rəfibəylinin də şəklini gördüm ki, o, məhz bu ayda mayın 20-də 1920-ci ildə Nargin adasında güllələnmişdir. Allah ona da, hamısına da rəhmət eləsin".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...