"DSX-nın yerləşdiyi bu binanın milli dövlətçilik tariximizdə böyük rolu vardır" DSX rəisi

"Dahi Öndər Heydər Əliyevin Azərbaycan xüsusi xidmət orqanlarının tarixində silinməz qara ləkə kimi qiymətləndirdiyi 1920-1950-ci illərdə bu qalın divarlar arxasında xalqımızın minlərlə övladlarına “xalq düşməni”, “Vətən xaini” damğası vurularaq, görkəmli ziyalı və mütəfəkkirlər, elm və mədəniyyət xadimləri fiziki və mənəvi məhvə məruz qalmışlar". Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edərkən deyib.

DSX rəisi bildirib ki, həmin illərdə dəyərli Vətən övladlarının ən ağrılı, ən məşəqqətli günlərinin şahidi olan bu binanın milli dövlətçilik tariximizdə böyük rolu vardır: "Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarının milli maraqlara zidd fəaliyyətinə son qoyulmasına yönəlmiş fədakar xidmətləri nəticəsində vaxtilə şəhər sakinlərinin yanından qorxu ilə keçdikləri, azərbaycanlılara qarşı “qırmızı terror”un simvolu olan bu binada hazırda müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyininin əsas göstəricilərindən birinin – dövlət sərhədlərinin toxunulmazlığına cavabdeh olan dövlət orqanı – Dahi Öndərin 2002-ci ildə yaratdığı Dövlət Sərhəd Xidməti yerləşir. 2005-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu binada Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə döyüş bayraqlarını təqdim etməsi Azərbaycan sərhədçilərində böyük ruh yüksəkliyi yaratmışdır. Bununla yanaşı bu tədbirin daha böyük bir əhəmiyyəti də olmuşdur - müstəqil Azərbaycan Respblikasının Prezidentinin, Silahlı Qüvvələrinin Ali Baş Komandanının gəlişi şərəfinə bu binanın sıra meydanında 1919-cu ildə yazılmış dövlət himninin səslənməsi ilə Vətənin azadlığı uğrunda mübarizələrinə görə, vətənpərvərliklərinə görə repressiya qurbanı olmuş Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Yusif Vəzir Çəmənzəminlinin, Salman Mümtazın, Tağı Şahbazinin, Əli Nazimin, habelə həmin dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın və digərlərinin ruhları şad olmuş və rahatlıq tapmışdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...