"Hərb işimiz şərəf tariximizdir" devizi ilə növbəti tədbir

Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə icra etdiyi «Hərb işimiz şərəf tariximizdir» devizi ilə gənclər arasında hərbi vətənpərvərlik ideyalarının təbliği layihəsi çərcivəsində rayon məktəblilərinin bir qrupunun Bakı şəhərində Azərbaycan Hərb Tarixi muzeyinə səfərini təşkil edib. SİA-nın məlumatına görə, tədbirə Salyan rayon mərkəzində Milli Qəhrəman Nazim Babayevin büstünün və şəhidlərin xatirəsinə uçaldılmış kompleksin önünə gülqoyma ilə başlanılıb. Səfər heyyətinə rayonun 7 və 8 saylı tam orta məktəbllərin şagirdləri ilə yanaşı Qarabağ müharibəsi qazisi, qeyri- hökümət təşkilatları, KİV təmsilçiləri, birliyin üzvləri, şair və yazıçılar iştirak ediblər.

Muzeyin bələdçi-tərcüməçisi Nərminə Cəlilova, tədqiqatşı-elmi işçi Nuranə Nəcəfova ekskursiya iştirakçılarına muzeyin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna – Mediya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycan xanlıqlarının yaranması və onların ordu strukturları, qoşun növləri barədə ətraflı məlumat veriblər. 100 illiyi ötən il qeyd edilmiş Milli Ordunun yaradılması, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, dövlət atributları- gerb, bayraq və himnimizlə bağlı eksponatlar iştirakçılarda maraq doğurub.

Ekskursiya iştirakçıları 20 yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan ordusunun yaranması və inkişafı, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı misilsiz fəaliyyəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyev tərəfindən ordumuzun döyüş qabiliyyətin artırılması istiqamətində gördüyü işlər barədə məlumat alıblar

Ekskursiya iştirakçılarından Qarabağ qazisi Zamiq Əskərov, Əməkdar müəllim, Allahverdi Piriyev, Şair Oqtay Rza, Layihə rəhbəri Rüstəm Məlikov hərb tariximizin təbliğinin gənçlərimizin vətənpərvərlik tərbiyəsindəki rolunu yüksək qiymətləndirmiş və tədbirin təşkilinə görə bütün aidiyyatı təşkilatlara minnətdarlıqlarını bildiriblər

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə