Astarada “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Mayın 23-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Astara Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib. SİA-nın məlumatına görə,Astara Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara RİH-nin Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə çıxışında insan hüquqlarının qorunmasında milli-mənəvi dəyərlərin rolundan danışıb. T.Həsənzadə ölkəmizdə tolerantlıq və multikultural ənənələrin insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində başlıca rol oynadığını vurğulayıb.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində çoxlu maarıfləndirici tədbirlərin keçirildiyini vurğulayıb.

Astara RİH-nin Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov çıxışında insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə