Dünya Səhiyyə Təşkilatı: Piylənmə ən təhlükəli xəstəliklərdən biridir!

Dünya Səhiyyə Təşkilatı piylənmənin ən təhlükəli xəstəliklərdən olduğunu açıqlayıb. Rusiya mətbuatının yazdığına görə, diyetoloqlar piylənməyə səbəb olaraq yeyilən qidalardan əldə edilən enerjinin, sərf edilən enerjidən çox olduğunu göstəriblər.

Onu da deyək ki, hər köklük piylənmə deyil. Kişilərdə bel çevrəsi 102 sm, qadınlarda isə 88 sm-dən çoxdursa, bu, piylənmə hesab edilir. Yüksək kalorili yeməklərlə yanaşı, kifayət qədər qidalanmamaq da piylənməyə səbəb olur. Karbohidratların, proteinlərin, yağ, su və mineralların, vitaminlərin kifayət qədər qazanılmaması nəticəsində vücud funksiyası pozulur və bu da piylənməni sürətləndirir.

Hər gün 3 dəfə yemək yeyilməlidir. Öynə atlamaq olmaz. İş yorğunluğu səbəbindən saatlarla yemək yemirik, çox acdığımız zaman yadımıza düşür. Sonra da surətlə yeməyə başlayırıq. Beləliklə, orqanizmimizə lazım olduğundan daha çox qida qəbul olur və bu da artıq kalori deməkdir.

Unutmamalıyıq ki, doymağımız haqda siqnal beyinə 20 dəqiqədən sonra çatır. Ona görə, aramla və yaxşı çeynəyərək yemək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...