Müdafiə naziri tapşırıq verdi: VURUN

Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə ön xətt bölmələrində olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, general-polkovnik Zakir Həsənov bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib. Nazir əldə olunan məlumatlara əsasən, düşmənin törədə biləcək təxribat cəhdlərinin qarşısının bütün atəş vasitələrinin tətbiqi ilə dərhal alınması barədə müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...